Siyasətlər

"Azarbaycan Temiz Texnologiyaları"
MMC-nin siyasətləri

Keyfiyyət üzrə siyasəti

“Azarbaycanın Təmiz Texnologiyalar” MMC-nin siyasətində keyfiyyət xüsusi yer tutur. Şirkətin faaliyyətində keyfiyyətin dinamik sürətdə artırlması qarşıya məqsəd kimi qoyulmuşdur. Miüasir mürəkkəb biznes mühitində Şirkətin rəqabət qabiliyyətinin artırılması və rəqabətə dayanıqlığı bir başa göstarilən xidmətlərin keyfiyyətindən asılıdr. Keyfiyyət anlayışı şirkət fəaliyyətinin bütün sferalarını əhatə etməlidir. Keyfiyyətli xidmət, keyfiyyətli avadanlıq va texnika, yüksək peşəkarlığa malik isçi personal. Qeyd olunan məsələlərdə keyfiyyətin artırılması birbaşa yerinə yetirilən işlərin va sifarisçilərə göstərilən xidmətlərin keyfiyyətinin artmasına təsir edəcəkdir. Avadanlıq və texnika dovrü olaraq yoxlanmalı və müasir standartlara uyğun olmalıdır. işçi personalın bilik va peşəkarlıq səviyyəsinin artırılması üçün  treyninglərin keçirilməsi zəruridir. Treyningdə qazanılan nəzəri biliklər bir başa iş prosesində tətbiq edilməlidir. ATT MMC – nin fəaliyyətinə keyfiyyət prioritet məsələdir

Ekologiya üzrə siyasati

“Azarbaycanın Təmiz Texnologiyaları” MMC ekologiya sahəsinda aşağıdakıları bəyan edir: Şirkətimiz ekologiya şirkəti olduğundan  onun fəaliyyətinda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması əsas məsələdir.Bütün təbii komponentlərin-havanın,suyun,torpağın və bioloji müxtəlifliyinin qorunması şirkətin fəaliyyətində prioritet təşkil edir.Qeyd olunan təbii komponentlərin hər birinin ayrı-ayrılıqda və ümumilikdə ətraf mühitin qorunması üçün şirkət fəaliyyətində tullantıların idarə olunması proseduruna əməl olunmalıdır.Şirkətin ekologiya üzrə bütün normativ sənədləri Azərbaycan Respublikasının qanunveriliciyinə və bu sahəyə aid beynəlxalq normalara uyğun hazırlanır.Tullantıların idarə olunmasında lobaratoriya analizlərinin nəticələri əsas göstərilir.Hər bir tullantı növün müvafiq ekoloji tələblərə uyğunlaşdırıldıqdan sonra təhvil verilməlidir.Qəbul olunan,daşınma və utilizasiya üçün təhvil verilən bütün növ tullantıların təbii mühitlə təmasını minimuma endirmək qarşıya məqsəd kimi qoyulmuşdur.Şirkət öz fəaliyyətində bu məqsədin reallaşdırılması üçün daim innovativ tədbirlər görür.

Sağamlıq üzrə siyasəti

“Azarbaycanın Təmiz Texnologiyalar” MMC bəyan edir ki, sağlamlıq şirkətin fəaliyyətinin əsas hərəkətverici amilidir.İnsan sağlamlığı amilinin hər şeydən üstün olduğunu nəzərə alaraq şirkətin işçi personalının,şirkətə gələn qonaq şəxslərinin, xidmət göstərdiyimiz şirkətlərin əlaqədər işçilərinin və ümumilikdə əhalinin sağlamlığının qorunması bizim fəaliyyətimizdə əsas məsələlərdən biridir.Hər bir şirkət işçisi dövrü olaraq tibbi yoxlamadan keçməlidir.İşə yeni qəbul olunan işçilər sağlamlıq haqqında arayış təqdim etməklə yanaşı şirkət tərəfindən tibbi komisiyaya göndərilir.

İnfeksiyon xəstəliklər zamanı işçilər dövrü olaraq şirkət daxilində tibbi müayinədən keçməlidir.Xidməti otaqlar,istehsalat sahəsi və nəqliyyat vasitələri dövrü olaraq dezinfeksiya edici maddələrlə dezinfeksiya olunmalıdır.İşçilər xüsusi qoruyucu maska və əlcək geyinməlidir.Hər bir işçi və nəqliyyat vasitəsi xüsusi dezinfeksiya edici maddələrlə  təmin edilir.Dövlət tərəfindən verilən qərar və tövsiyyələr ciddi sürətdə yerinə yetirilməlidir.İldə 2 dəfə Sanitar Epidemioloji stansiya tərəfindən müəssisədə müvafiq yoxlama aparılır.Şirkətdə fəaliyyət göstərən hər bir işçi həm özünün,həmdə başqa şəxslərin sağlamlığının qorunması üçün məsuliyyət daşıyır

Təhlükəsizlik texnikası və əmək mühafizəsi üzrə siyasət

Şirkətin fəaliyyətində təhlükəsizlik hər zaman birincidir.Şirkət öz fəaliyyətində Beynəlxalq Əmək Təşkilatının və Azərbaycan Respublikası Dövlət Əmək müfəttişliyinin tələb və tövsiyyələrini eyni zamanda şirkətin bu sahədə öz daxili normativ sənədlərinin tələblərini əsas tutur.Şirkətimiz hər bir işçinin təhlükəsizliyinin qorunmasını hər şeydən üstün olduğunu dərk edir.Biz başa düşürük ki,təhlükəsizliyi yüksək səviyyədə olan işçilərlə daha böyük iqtisadi səmərə əldə etmək olar.Ona görədə insan faktoru bizim üçün çox önəmlidir.Şirkətin işçi personalı və istehsalat sahəsinə daxil olan hər bir qonaq şəxs xüsusi geyim və ayaqqabı geyinməlidir.Bu zaman işçilər fərdi mühafizə vasitələrindən(FMV) istifadə etməlidir.FMV işin xüsusiyyətinə uyğun olaraq seçilməlidir.FMV müasir təhlükəsizlik və sanitar-gigiyenik tələblərə uyğun olmalıdır.İstismar müddəti bitmiş,zədəli,nasaz,köhnə,fəaliyyətini itirmiş FMV-nın istifadəsi yol verilməzdir.Hər bir işçi ona aid olan FMV-nın normal vəziyyətdə saxlanmasına şəxsən məhsuliyyət daşıyır.Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işçilər daimi olaraq təlimatlandırılmalıdırlar.Çoxillik təcrübədən göründüyü kimi bütün baş verən qəzaların əsas səbəbkarı insan faktoru olduğundan işçilərin təlimatlandırılması çox vacib məsələdir.Giriş,cari,dövrü,növbədənkənar,təkrar və yanğın təhlükəsizliyi üzrə keçirilən təlimatlar işçilərin təhlükəsizlik qaydalarına riayət etməsinə və bu sahədə bilik və vərdişlərinin möhkəmlənməsinə şərait yaradır

Korrupsiya va rüşvətxorluğa qarşı mübarizə siyasəti

Şirkətin Rəhbərliyi bəyan edir ki,ATT MMC korrupsiya və rüşvətxorluğa qarşı sıfır dözümlülük nümayiş etdirir.Şirkət korrupsiya və rüşvətxorluq sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyində göstərilən tələbləri öz fəaliyyətində hər zaman əsas götürmüş və bundan sonra da həmin tələbləri yerinə yetirməyə hazırdır.Şirkət öz gələcək inkişafını korrupsiya və rüşvətxorluqla mübarizədə sərt və sıfır güzəştli siyasət aparılmasında görür.Müasir mürəkkəb biznes mühitində hər bir şirkətin gələn inkişafını tənzimləmək və dayanıqlığını təmin etmək üçün şirkətdaxili və digər şirkətlərlə münasibətlərdə bu mübarizənin aparılması əsas amildir.Biz başa düşürük və hamıya bəyan edirik ki,hər bir şirkətin iqtisadi göstəricilərinin yüksək olması,onun fəaliyyətinin bütün sahələrində tam şəffaflıqdan keçir.ATT MMC korrupsiyaya və rüşvətxorluğa daim YOX deyir