Biz kimik ?

  • “Azərbaycanın Təmiz Texnologiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyəti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizi akvatoriyasında ekoloji tarazlığın qorunması üçün layihələrin hazırlanması, neft hasilatı zamanı tullantıların dənizə atılmasının qarşısının alınmasına yönəldilmiş  aşağıdakı xidmət sahələrindən ibarətdir.
  • Gəmilərin yanacaq anbarı, çirkab çənlərindən və digər bölmələrindən bərk  və maye tullantıların qəbul edilməsi
  • Bütün toplanmış tullantı materialların Podratçı tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi emal müəssisələrinə və poliqonlara daşınması;
  • Çirkab və yağlı suların daşınması və utilizasiyası;
  • Qazma tullantıların daşınması, və utilizasiyası;
  • Məişət tullantılarının daşınması və utilizasiyası;
  • Yağlı tullantıların və bu kimi digər tullantıların daşınması və utilizasiyası;
  • Gəmilərə boş zibil konteynerlərinin qoyulması;
  • Çirkab və döşəməaltı sular saxlanılan çənlərin yuyulması;
  • Qazma məhsulları saxlanılan çənlərin yuyulması;
  • Yanacaq çənlərinin yuyulması;
  •  Təhlükəli tullantıların daşınması və utilizasiyası;
  • Sement qalıqlarının daşınması;
  • Sement saxlanılan çənlərin təmizlənməsi;
  • Motor və generator şöbələrinin təmizlənməsi;
  • Boş çəlləklərin buxarla təmizlənməsi.
  • Yağlı tullantılarla çirklənmiş torpaqların təmizlənməsi
  • Azərbaycan Respublikasının ərazisində yağlı tullantıları ilə çirklənmiş su tullantıların təmizlənməsi
  • ATT şirkəti gələcək fəaliyyəti dövründə Abşeron yarmadasında qrunt sularından,gölməçələrdən və Xəzər dənizi hövzəsindən neft məhsullarının tutulması, həmcinin neftlə çirklənmiş torpağların təmizlənməsi kimi işlərin yerinə yetirilməsini də nəzardə tutulmuşdur.
    İstismarda olan gündəlik qücü 60 ton olan xüsusi “ Maye-neft tərkibli tullantıları təkrar emal edən sınaq- sənaye” qurğusu Azərbaycan Milli Elmlər Akademiyasının Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən layihələşdirilmiş və 14.02.2000-cı il tarixində “Dövlətdağtexnəzarət” Komitəsində qeydiyyata alınmışdır. Bu qurğunun istismar fəaliyyətinə dair Dövlət Ekspertiza İdarəsi tərəfindən DEİ № 97 saylı 11.03.2003-cü il tarixli ekspertiza rəyi verilmişdir.
    Müəssisənin avtoparkı müxtəlif təynatlı işləri və xidmətlərini yerinə yetirən nəqliyyat vasitələri və avadanlıqlarla təhciz olunmuşdur. Şirkətin xidmət personalının tərkibində yüksək ixtisaslı ekoloqlar, təhlükəsizlik üzrə mühəndis, hüquq müşaviri, operatorlar, ekspeditorlar, sürücülər, mühəndis – texniklər fəaliyyət göstərir.
    Eyni zamanda texnoloji qurğulara və təmizləmə işlərinə nəzarətin təmin edilməsi üçün və emal prosesindən sonrakı məhsulların standartlara uyğunluğunun yoxlanılması ilə bağlı laboratoriya analizləri aparılır. Şirkətin Sahil qəsəbəsində-dəniz kənarında yerləşən yardımcı bazasının olması, daşınmanın intensivliyini və işin operativliyini artırır. Yerinə yetirilən texnoloji proseslər əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinə yüksək səviyyədə cavab verir.

    n

 ATT MMC-nin əsas tərəfdaşı “Bue Caspian” LTD şirkətidir.Əməkdaşlıq etdiyi şirkətlər sırasında Socar,Caspian Marine Services LTD, Transmarine Shipping Entrprise LTD, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, FHN Xəzər Hövzə Qəza Xilasetmə və sair müəssisələr vardır.
“Azərbaycanın Təmiz Texnologiyaları” MMC-nin göstərdiyi xidmət sahələrində işərin icrası vəziyyəti və tullantılatın idarə olunması müvafiq dövlət qurumları, o cümlədən BP şirkəti tərəfindən təftiş edilmiş və müsbət rəylər verilmişdir. Müəssisədə işlərin yüksək səviyədə aparılması üçün Azərbaycan Respublikasının qnunvericiliyində nəzərdə tutulmuş bütün sertifikatlar və icazələr verilmişdir.Müəssisənin fəaliyyəti beynəlxalq sertifikasiya təşkilatları tərəfindən yoxlanılmış və müəssisəyə İso 9001:2015,Iso 14001:2015 və İso 45001:2018 beynəlxalq sertifikatları verilmişdir.Yerinə yetirilən texnoloji proseslərə Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi nəzarət olunur və verilmiş tövsiyyələrə ciddi əməl olunur.