Nasoslar

Nasoslar tətbiq olunan gücün xarakterinə görə iki qrupa bölünürlər:
həcmi, burada təzyiq qüvvəsi təsir edir və dinamik, burada ətalət qüvvəsi təsir edir.

İşçi kameranın nasosun girişi və çıxışı ilə birləşdirmə xarakterindən asılı olaraq nasoslar periodik (həcm) və daimi (dinamik) olaraq fərqlənirlər. Həcmi nasoslar mayeni bir yerdən başqa yerə vurmaq üçün tətbiq edilir.Bu nasoslarda bir enerji çevrilməsindən istifadə edilir. Mühərrikin enerjisi bir başa mayenin enerjisinə çevrilir. Bu yüksək təzyiqli nasoslar olub, mayelərin çirkliliyinə çox həssasdırlar. Həcmi nasoslarda iş prosesi stabil deyil, ona görə də onlar üçün massiv bünövrə qurmaq lazımdır. Onların üstün cəhətləri ondan ibarətdir ki, onlar quru sorma ilə işləyə bilirlər.